Fransa hökuməti sosial ödənişlərin indeksləşdirilməsindən imtina etməyi planlaşdırır
Fransa hökuməti büdcəyə qənaət etmək üçün 2026-cı ildə pensiya və ailə müavinətləri də daxil olmaqla sosial ödənişlərin inflyasiyaya görə indeksləşdirilməsindən imtina etməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə “Franceinfo” radiostansiyası məlumat yayıb.
Gələn həftə Fransanın Baş naziri Fransua Bayru ölkənin 2026-cı il büdcə layihəsini təqdim edəcək. Onun ÜDM-in 4,6 %-i səviyyəsində kəsiri qarşılamaq üçün büdcəyə əhəmiyyətli qənaət tədbirlərini əhatə edəcəyi gözlənilir.
Tədbir dövlət xərclərini azaltmaq üçün qiymətlərin artmasına baxmayaraq, sosial ödənişlərin 2025-ci il səviyyəsində saxlanlımasını nəzərdə tutur. Söhbət pensiyalar, ailə və minimum sosial müavinətlər, mənzil yardımı və digər ödənişlərdən gedir. Radiostansiya qeyd edir ki, hökumət ödənişlərin indeksləşdirilməsindən tam və ya qismən imtina edəcəyi barədə hələ qərar verməyib. Amma bu addım büdcəyə 5,7 milyard avroya qədər gəlir gətirə bilər.
Sosial Təminatın Maliyyələşdirilməsi üzrə Ali Şuranın məlumatına görə, mövcud dörd ƏDV dərəcəsinin (baza 20 % və azaldılmış 10 %, 5,5 % və 2,1 %) hər birinin 1 % artırılması büdcəyə ildə 13 milyard avro qazandıracaq.
Nazirlər Kabineti həmçinin təqaüdçülər, aliment və əlillik müavinətləri alan vətəndaşlar üçün 10 %-lik vergi endiriminin ləğvi barədə qərar qəbul edə bilər ki, bu da Fransa Auditorlar Məhkəməsinin hesablamalarına görə, büdcəyə 5 milyard avro qazandıracaq.
Oxşar xəbərlər
Fransa 2026-cı ildə büdcə kəsiri səbəbindən 40 milyard avro qənaət etməli olacaq
Sosial yardımlar niyə gecikir? - Açıqlama
Fransa 2026-cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək
Fransa 2026-cı ildəki büdcə kəsiri səbəbilə 40 milyard avro qənaət etməli olacaq
Deputat: Minimum əməkhaqqı və pensiyaların artırılması ilə bağlı təkliflərin noyabrın 1-dək təqdim ediləcəyi gözlənilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











