Malidə “Vaqner”in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb
Malidə yaraqlıların pusqusu nəticəsində “Vaqner” xüsusi hərbi təşkilatının təsisçisi Yevgeni Priqojinin varisi “Lotus” ləqəbli Anton Elizarov əsir düşüb.
“Report” xəbər verir ki, bu barədə hərbi ekspert Boris Rojin öz teleqram kanalında məlumat verib.
“Yaraqlılar qum fırtınası zamanı hücuma keçərək taktiki sürprizə nail olublar. Həmçinin xeyli sayda hökumət əsgəri və bir neçə “Vaqner” döyüşçüsü əsir götürülüb. Əsirlər arasında məşhur “Lotus” da var idi, lakin o, artıq geri qaytarılıb”, - deyə o qeyd edib.
Belə ki, “Vaqner”in döyüşçülərindən ibarət kolonna Malidə tuareqlər tərəfindən pusquya salınıb. Atışmada 20-dən çox adam ölüb. Ölənlər arasında məşhur “Grey Zone” teleqram kanalının müəllifi də var.
Tuareqlər bir əsrdən artıqdır ki, müstəqil dövlət yaratmaq uğrunda mübarizə aparan döyüşkən Afrika qəbiləsidir. Fransızlar onların ərazilərini öz müstəmləkələri arasında bölüşdürüblər: Mali, Niger, Mərakeş və Əlcəzair.
Oxşar xəbərlər
Malidə terrorçular "Vaqner"çilərə hücum edib: Çox sayda ölü var - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyanın çevriliş hazırlaması xəbərinə Paşinyanın cavabı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Malidə yaraqlılar üç ayda bir kəndin 100-ə yaxın sakinini öldürüblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Burkina Faso, Mali və Niger ECOWAS-dan çıxdığını elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Priqojinin qəbrini təhqir edən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












