Malidə yaraqlılar üç ayda bir kəndin 100-ə yaxın sakinini öldürüblər
Malidə terrorçular ölkənin mərkəzi hissəsindəki Mopti bölgəsində yerləşən Bankasse bölgəsindəki kəndə hücum edərək 26 dinc sakini öldürüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, silahlı yaraqlılar kəndlilərə tarlalarda işləyərkən hücum ediblər. Silahlıların hücumu xəbərindən sonra hökumət ordusunun bölmələri kəndə gəlib.
Terrorçular eyni kəndə iyulun əvvəlində hücum edərək 40-a yaxın, mayın sonunda isə 20-dən çox dinc sakini qətlə yetiriblər.
Mali hakimiyyəti ilə ekstremist və separatçı qruplar arasında silahlı münaqişə 2012-ci ildə başlayıb. O vaxtdan bəri ölkədə təhlükəsizlik və sosial-iqtisadi inkişaf sahəsində böhranlı vəziyyət hökm sürür.
Oxşar xəbərlər
Konqonun şərqində silahlılar azı 38 nəfəri öldürüb
Nigeriyada silahlılar hərbi düşərgəyə hücum ediblər
Konqoda silahlı şəxslər 23 nəfəri öldürüb
Efiopiyada hökumət qüvvələri 50-dən çox sakini öldürüb
İsrailə buna görə hücum edilib - Blinken AÇIQLADI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













