Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra, məmurlara, hərbçilərə qarşı sanksiyalar tətbiq edə bilər
Avropa İttifaqı (Aİ) iyulun 15-də Brüsseldə üzv dövlətlərin XİN başçılarının müzakirəsinə İsrailə qarşı bir neçə məhdudlaşdırıcı tədbir variantını təqdim etməyi planlaşdırır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Euractiv” portalı mənbələrə istinadən məlumat yayıb.
Bu tədbirlər İsrailin Qəzza zolağındakı fəaliyyəti ilə bağlıdır.
Bir neçə ssenari nəzərdən keçirilir. Buraya İsrailin Aİ ilə assosiasiya sazişinin tam və ya qismən dayandırılması, məmurlara, hərbçilərə qarşı sanksiyalar və s. daxildir.
Bundan əlavə, ticarətlə bağlı məhdudlaşdırıcı tədbirlər, silah tədarükünə embarqo və İsraillə elmi əməkdaşlığın dayandırılması da nəzərdə tutulur.
Qeyd olunub ki, bu variantların əksəriyyəti əvvəlki danışıqlarda müzakirə edilsə də, indi onlar ilk dəfə rəsmi olaraq yazılı şəkildə təqdim ediləcək.
Oxşar xəbərlər
Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb
Aİ Rusiyanın neft və metan daşıyan 79 tankerinə qarşı sanksiyalar tətbiq edib
Reuters: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb
Aİ İsrailin Assosiasiya Sazişini pozduğuna dair əlamətlər müşahidə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
