Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb
Avropa İttifaqı (Aİ) Şurası Myanmadan olan fiziki və hüquqi şəxslərə qarşı məhdudlaşdırıcı tədbirləri 2026-cı il aprelin 30-na qədər uzadıb.
Bu barədə “Report” Aİ Şurasının məlumatına istinadən xəbər verir.
"Qərar məhdudlaşdırıcı tədbirlərin illik icmalı əsasında və Myanmada davam edən ağır vəziyyətlə əlaqədar, o cümlədən demokratiyanı sarsıdan hərəkətlər və ciddi insan haqları pozuntuları səbəbindən qəbul edilib", - məlumatda bildirilib.
Qeyd olunub ki, hazırda Aİ-nin sanksiyaları 106 fiziki şəxsə və 22 təşkilata tətbiq edilir. Onların Avropa İttifaqındakı aktivləri dondurulmalıdır. Onlara birbaşa və ya dolayı yolla vəsait, eləcə də iqtisadi resursların verilməsi qadağandır. Bundan əlavə, siyahıya daxil edilmiş fiziki şəxslərə Aİ-yə səfər qadağası tətbiq edilir.
"Aİ-nin digər məhdudlaşdırıcı tədbirləri qüvvədə qalır. Bunlara silah və avadanlıq tədarükünə embarqo, Myanma silahlı qüvvələri ilə hərbi təlim və əməkdaşlığa qadağa və s. daxildir", - məlumatda qeyd edilib.
Sənəddə bildirilib ki, Aİ-nin məhdudlaşdırıcı tədbirləri təşkilatın hökumətə birbaşa maliyyə yardımını dayandırmaqla və hərbi hakimiyyəti legitimləşdirə biləcək bütün Aİ yardımlarının dondurulması ilə tamamlanır.
Oxşar xəbərlər
Aİ Şurası Rusiyaya qarşı sanksiyaları uzadıb
Aİ İŞİD və “Əl-Qaidə”yə qarşı sanksiyaları bir il müddətinə uzadıb
ABŞ İran aviaşirkətinə qarşı sanksiyaları uzadıb
İsveçrə Aİ-nin Rusiyaya qarşı 16-cı sanksiyalar paketinə qismən qoşulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
