Bəhreyn və Küveyt hava məkanlarını açıb, Dubay hava limanları da işini bərpa edib – YENİLƏNİB
Bəhreyn və Küveyt İranın Qətərdəki Amerika bazasına zərbəsindən sonra bağlanmış hava məkanlarında mülki aviasiya uçuşlarına qoyulmuş məhdudiyyətləri aradan qaldırıblar.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə iki ölkənin aviasiya qurumları məlumat yayıblar.
Dubay hava limanları da qısa fasilədən sonra tam fəaliyyətini bərpa edib, lakin bəzi reyslər gecikə və ya ləğv edilə bilər.
Bəhreyn, BƏƏ, Küveyt və İraq hava məkanını müvəqqəti bağladığını elan edib.
“Sizinxeber.az”un xəbərinə görə, bölgədə vəziyyətin gərginləşməsi fonunda hava hərəkətinin müvəqqəti dayandırılması qərarı ehtiyat tədbiri kimi qəbul olunub.
Bundan əvvəl İranın Yaxın Şərqdəki ABŞ hərbi hədəflərinə cavab zərbələri endirməklə "Qələbə xəbərləri" əməliyyatına başladığı bildirilmişdi.
Oxşar xəbərlər
Bəhreyn, BƏƏ, Küveyt və İraq hava məkanını müvəqqəti olaraq bağlayıb
Qətərdə fövqəladə vəziyyət, BƏƏ və Bəhreyn hava məkanını bağladı
ABŞ-nin Bəhreyn, Küveyt və Qətərdəki bazalarında hava hücumu xəbərdarlığı elan edilib
İsrailin İrana hücumundan sonra bir neçə beynəlxalq reys təyyarəsi Bakıya aeroportuna eniş edib
İsrail hava məkanını açıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













