WSJ: ABŞ İrana İsrailin münaqişəni bitirmək istədiyini bildirib
sizinxeber.az xəbər saytı

WSJ: ABŞ İrana İsrailin münaqişəni bitirmək istədiyini bildirib


ABŞ ərəb rəsmilərinə İrana çatdırmağı xahiş edib ki, İsrail yaxın zamanda münaqişəni bitirmək niyyətindədir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin məlumatına görə, İran hökuməti bildirib ki, ABŞ-nin onların nüvə obyektlərinə endirdiyi zərbələrə cavab vermək məcburiyyətindədirlər.

İsrail rəsmiləri WSJ-yə bildiriblər ki, ABŞ-nin İrana zərbələrindən sonra nüvə proqramı ilə bağlı danışıqların yenidən başlanmasını gözləyirlər. Tehran hələlik geri çəkilməkdən imtina edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Trampın administrasiyası ərəb vasitəçilər vasitəsilə İrana çatdırıb ki, nüvə obyektlərinə zərbələr birdəfəlik aktdır. Bununla belə, ərəb dövlətləri hələ də münaqişənin daha da gərginləşməsinə hazırlaşırlar.

Oxşar xəbərlər

KİV: ABŞ İranın nüvə obyektlərinə zərbələrini müharibə deyil, birdəfəlik akt adlandırıb
BMT-nin baş katibi İsrail və İrana çağırış edib
WJS: Yaxın Şərq ölkələri İsrailin İrana hücumunda iştirak etmək istəmirlər
“WSJ”: İsrail bazar günü İrana hərbi zərbə endirə bilər
KİV: İsrail İranın nüvə obyektlərinə hücumlardan çəkinəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər