Pentaqon rəhbəri: ABŞ İranı rejim dəyişikliyinə təhrik etmək niyyətində deyil
sizinxeber.az xəbər saytı

Pentaqon rəhbəri: ABŞ İranı rejim dəyişikliyinə təhrik etmək niyyətində deyil


ABŞ-nin İrana zərbələri ölkə rəhbərliyini dəyişməyə deyil, yalnız onun nüvə proqramına yönəlib.

“Sizinxeber.az” xəbər verir ki, bunu ABŞ müdafiə naziri (Pentaqonun rəhbəri) Pit Heqset deyib.

“Bu zərbələr rejim dəyişikliyinə təhrik etmək üçün həyata keçirilməyib. Söhbət İranın nüvə mərkəzlərinə “yüksək dəqiqliklə zərbələr endirməkdən gedir", - o, Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib.

Bundan əvvəl “The Wall Street Journal” amerikalı məmura istinadla yazıb ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana nüvə obyektlərinə endirilən zərbələrin rejim dəyişikliyinə yönəlmiş müharibənin başlaması olmadığını bildirib.

Oxşar xəbərlər

KİV: ABŞ İranın nüvə obyektlərinə zərbələrini müharibə deyil, birdəfəlik akt adlandırıb
BMT-nin baş katibi İsrail və İrana çağırış edib
“WSJ”: İsrail bazar günü İrana hərbi zərbə endirə bilər
İsrailli səfir: Təl-Əviv İranın nüvə infrastrukturunun tam neytrallaşdırılmasına yaxındır
İsrailin İrana zərbəsi: nüvə savaşı yaxınlaşdı? - NATO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər