sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Britaniya XİN başçısı İran və İsraili təmkinli olmağa çağırıb
Böyük Britaniya İsrail və İran arasındakı münaqişə çərçivəsində gecə ərzində endirilən hava zərbələrindən narahatlığını ifadə edib.
“Report” “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib.
“Mən Yaxın Şərqdə dünən gecə baş verən yeni zərbələrdən, həmçinin İsraildə ölən və yaralananlarla bağlı xəbərlərdən narahatam”, - o qeyd edib.
XİN başçısı eskalasiyanın dərhal dayandırılmasının və mülki əhali arasında daha çox əzab yaşanmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.
Lemmi həmçinin bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı olub və onu təmkinli olmağa çağırıb.
Oxşar xəbərlər
Böyük Britaniya İsrail və İranı təcili olaraq gərginliyi azaltmağa çağırıb - YENİLƏNİB
İran və Böyük Britaniya XİN rəhbərləri arasında telefon danışığı olub
Avropa liderləri İran və İsraili təmkinli olmağa çağırıblar - YENİLƏNİB
İsrail və Britaniya XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
İran XİN başçısı: Tehran Hindistan və Pakistan arasında gərginliyi azaltmaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













