Böyük Britaniya İsrail və İranı təcili olaraq gərginliyi azaltmağa çağırıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Böyük Britaniya İsrail və İranı təcili olaraq gərginliyi azaltmağa çağırıb - YENİLƏNİB


Böyük Britaniyanın Baş naziri Kir Starmer İran və İsraili "geri addım atmağa və təcili olaraq gərginliyi azaltmağa" çağırıb.

"Sizinxeber.az" "BBC"yə istinadən xəbər verir ki, Starmer zərbələri "narahatedici" adlandırıb.

"Münaqişənin eskalasiyası regionda heç kimə fayda vermir", - deyə o bildirib.

"Yaxın Şərqdə sabitlik prioritet olmalıdır və biz tərəfdaşları münaqişənin deeskalasiyasına cəlb edirik. İndi təmkin, sakitlik və diplomatiyaya qayıtmaq vaxtıdır", - Britaniya baş naziri deyib.

09:43

Böyük Britaniya İran və İsraili təmkinli olmağa çağırır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi sosial şəbəkələrdə yazıb.

"Yaxın Şərqdə sabitlik qlobal təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir. Gecə zərbələri haqqında məlumatlardan narahatam. Daha da gərginləşmə regionda sülh və sabitlik üçün ciddi təhlükə yaradır və heç kimin maraqlarına xidmət etmir. Bu, təhlükəli bir andır və mən bütün tərəfləri təmkinli olmağa çağırıram", - o yazıb.

Oxşar xəbərlər

İran və Böyük Britaniya XİN rəhbərləri arasında telefon danışığı olub
Britaniya səfiri İran XİN-ə çağırılıb
Britaniya Baş naziri İsrail və Hizbullahı gərginliyi azaltmağa çağırıb
Böyük Britaniya İsrail və Çinə sanksiyalar tətbiq edə bilər
İsrail və Britaniya XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər