KİV: Avropa İttifaqı G7 sammitinə qədər Rusiyaya qarşı yeni sanksiyalar paketini hazırlaya bilməyəcək
sizinxeber.az xəbər saytı

KİV: Avropa İttifaqı G7 sammitinə qədər Rusiyaya qarşı yeni sanksiyalar paketini hazırlaya bilməyəcək


Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı 18-ci sanksiyalar paketini 15–17 iyun tarixlərində Kanadanın Alberta əyalətində keçiriləcək "Böyük Yeddilik" (G7) sammitinə qədər hazırlamağa vaxtı çatmayacaq.

Sizinxeber.az xəbər verir ki, bu barədə "EU Observer" portalı avropalı diplomatlara istinadla məlumat yayıb.

“Biz hələ 18-ci paketə dair hüquqi mətnləri belə almamışıq, bu səbəbdən iki həftə ərzində razılığa gəlmək olduqca iddialı görünür”, – deyə mənbələrdən biri bildirib.

Digər mənbələr isə ehtimal edir ki, yeni sanksiyalar paketi yalnız ayın sonuna qədər hazır ola bilər. Avropa İttifaqının səfirləri isə 4 iyun tarixində Brüsseldə qapalı görüşdə ABŞ-ın təşəbbüsünü müzakirə etməyi planlaşdırırlar.

Oxşar xəbərlər

KİV: Aİ G7 sammitinə qədər Rusiya əleyhinə yeni sanksiyalar hazırlaya bilməyəcək
Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketini hazırlayır
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlamağa başlayıb
Aİ fevralın 24-dək Rusiyaya qarşı 16-cı sanksiyalar paketini qəbul etmək istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər