27
may
2025
22:50

yuxarı
BMT Baş katibi Ukrayna PUA-larının Rusiya ərazisinə hücumlarından narahatdır

BMT Baş katibi Ukrayna PUA-larının Rusiya ərazisinə hücumlarından narahatdır
BMT Baş katibi Antoniu Quterreş Ukrayna tərəfindən Rusiyanın ərazisinə həyata keçirilən pilotsuz uçuş aparatları (PUA) hücumlarından narahatlığını ifadə edib.
APA "TASS"a istinadən xəbər verir ki, bu barədə təşkilat rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə məlumat verib.
“BMT Baş katibi Ukrayna PUA-larının zərbələri nəticəsində Rusiya Federasiyasındakı mülki əhaliyə edən hallardan dərin narahatlıq keçirir. Mülki infrastrukturun hədəf alınması beynəlxalq hüquqla qadağandır”, – deyə Düjarrik bildirib.