Merz Bundestaqda Almaniyanın yeni kansleri kimi and içib - YENİLƏNİB2
sizinxeber.az xəbər saytı

Merz Bundestaqda Almaniyanın yeni kansleri kimi and içib - YENİLƏNİB2


Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz Almaniyanın yeni, 10-cu kansleri kimi Bundestaqda and içib.

Sizinxeber.az xəbər verir ki, mərasimi “Phoenix” telekanalı yayımlayıb.

Qeyd edək ki, bu gün Almaniya parlamenti səsvermənin ikinci turunda Merzi kansler seçib və prezident Frank-Valter Ştaynmayer ona və kabinet üzvlərinə təyinat məktublarını təqdim edib.

Merz Bundestaqda tələb olunan 316 səsdən 325-ni toplayıb. 289 deputat onun namizədliyinin əleyhinə, 1-i isə bitərəf qalıb.

***

18:20

Fridrix Merz Almaniya Kansleri seçilib.

Sizinxeber.az xəbər verir ki, Bundestaq onun namizədliyini ikinci cəhddə təsdiqləyib.

Merz ikinci cəhddə tələb olunan 316 səsdən 325-ni toplaya bilib.

O, ilk cəhddə 310 səs toplamışdı.

***

12:15

Fridrix Merz Almaniyanın növbəti Kansleri olmaq üçün keçirilən seçkilərin ilk turunda səs çoxluğu əldə edə bilməyib.

Sizinxeber.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Fridrix Merz Almaniya parlamentində səsverməsinin I turunda lazımi səs çoxluğu əldə edə bilməyib.

Oxşar xəbərlər

Fridrix Merz ilk turda Almaniya kansleri seçilmək üçün kifayət qədər səs toplaya bilməyib
Merts Almaniyanın yeni Kansleri kimi and içib
Almaniyada yeni kansler seçilib
Almaniyada yeni Kansler seçilib - YENİLƏNİB
Fridrix Merz: “Qalib gələrsəm, Almaniyanın miqrasiya siyasətində dəyişikliklər olacaq”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle