Macarıstan parlamenti ölkənin BCM-dən çıxmasına səs verib
sizinxeber.az xəbər saytı

Macarıstan parlamenti ölkənin BCM-dən çıxmasına səs verib


Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin tərkibindən çıxmasına səs verib.

Sizinxeber.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Peter Siyarto açıqlama verib.

"Bu qərarla biz qərəzsizliyini və etibarını itirmiş siyasiləşmiş bir qurumun tərkibində olmaqdan imtina edirik", - o qeyd edib.

Qeyd edək ki, bir müddət əvəl ölkənin ədliyyə naziri Bentse Tujon qapalı görüşlərdən birində hökumətin parlamentə Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsinin üzvlüyünü tərk etməsi barədə qanun layihəsi təqdim edəcəyi barədə açıqlama verib.

Bu açıqlamadan sonra Finlandiya, Avstriya, Norveç, Meksika, Sloveniya və Polşa həmin məsələ ilə əlaqədar xüsusi bəyanatlarla çıxış ediblər.

Oxşar xəbərlər

Orbanın ofisi: Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Macarıstan bu gün BCM-dən çıxmağa başlayır
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Siyarto: Macarıstan Rusiyadan qaz almaq istəyir
Peter Siyarto Ermənistana səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle