Orbanın ofisi: Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
apr
2025
12:50
0
0
1 291

Orbanın ofisi: Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

03 apr, 2025
12:50
1 291

Orbanın ofisi: Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvlüyündən çıxacağını elan edib.

Sizinxeber.az yerli “telex.hu” portalına istnadən xəbər verir ki, bunu ölkənin Baş nazirinin Dəftərxanasının rəhbəri Gergey Quyaş deyib.

O vurğulayıb ki, müvafiq prosedurlara aprelin 3-dən başlanılması nəzərdə tutulub.

Ölkənin bu qərarı İsrailin Baş naziri Benyamin Netanyahunun Budapeştə səfəri və Macarıstanın hökumət başçısı Viktor Orbanın israilli həmkarının həbs edilməyəcəyi barədə bəyanatı ilə üst-üstə düşüb.

Hələ fevral ayında Macarıstanın xarici işlər naziri Peter Siyarto BCM-i tərk etmək məsələsinin nəzərdən keçirildiyini açıqlayıb. O bildirib ki, qərara səbəb məhkəmənin siyasi alətə çevrilməsidir.

Xatırladaq ki, hazırda Rusiya, ABŞ, Çin, İsrail, Hindistan və İran da daxil olmaqla, bir sıra dövlətlər bu beynəlxalq qurumun işində iştirak etmir.

Hökumətin yekun qərarından sonra Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin tərkibindən ayrılan yeganə Avropa İttifaqı ölkəsi olacaq.

Bizimlə əlaqə saxlayın