Siyarto: Macarıstan Rusiyadan qaz almaq istəyir
sizinxeber.az xəbər saytı

Siyarto: Macarıstan Rusiyadan qaz almaq istəyir


Macarıstan siyasi səbəblərə görə Rusiya ilə əməkdaşlıqdan imtina etmək niyyətində deyil.

Sizinxeber.az “M1 telekanalı”na istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Peter Siyarto Buxarestdə beynəlxalq konfransda çıxışında deyib.

Ölkənin baş diplomatı bildirib ki, Rusiya təbii qazın tədarükü üçün ən əlverişli şərtləri təklif edir.

Onun sözlərinə görə, enerji sektorunda sanksiyalar və süni məhdudiyyətlər Avropa İttifaqının rəqabət qabiliyyətini azaldır.

“Siyasi səbəblərə görə müəyyən təchizatçılara qarşı diskriminasiya Avropa əhalisinin həyat səviyyəsinə ciddi təsir göstərir”, - nazir qeyd edib.

Oxşar xəbərlər

Siyarto: Macarıstan Rusiyadan neft tədarükü olmadan yaşaya bilməz
Peter Siyarto Ermənistana səfər edəcək
Siyarto: Avropada sülh Macarıstan üçün əsas vəzifədir
Siyarto: Ukraynanın NATO-ya daxil olması üçüncü dünya müharibəsi demək olacaq
Siyarto: ABŞ-ın sanksiyaları yanacağın qiymətlərinin artmasına səbəb olur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər