İstanbulda güclü zəlzələ olub - YENİLƏNİB-1 - VİDEO - FOTO
AFAD İstanbulda güclü zəlzələdən sonra sakinləri riskli binalardan uzaq durmağa çağırıb.
Sizinxeber.az xəbər verir ki, İstanbul Böyük şəhər Bələdiyyəsindən bildirilib ki, indiyədək hər hansı ciddi hadisə qeydə alınmayıb.
İstanbul Valiliyi də hazırda hər hansı dağıntı xəbərinin olmadığını açıqlayıb.
Zəlzələdən sonra afterşokların davam etdiyi bildirilir.
***
14:20
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən güclü zəlzələdən danışıb.
Sizinxeber.az xəbər verir ki, o, prosesi yaxından nəzarətdə saxladıqlarını qeyd edib.
"Millətimizə keçmiş olsun", - Türkiyə Prezidenti vurğulayıb.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya isə deyib ki, zəlzələ hiss olunan ərazilərdə müvafiq işlər aparılır.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
***
13:51
İstanbulda güclü zəlzələ olub.
Sizinxeber.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, Silivri sahilində 6,2 maqnitudalı, 7 km dərinlikdə zəlzələ baş verib.
Yeraltı təkanlar Mərmərədə hiss edilib.
Oxşar xəbərlər
İstanbulda güclü zəlzələ olub - YENİLƏNİB-1 - VİDEO
Türkiyənin daxili işlər naziri: AFAD və digər qurumlarla araşdırmalara başlanılıb
İstanbulda güclü zəlzələ olub
Türkiyədə baş vermiş zəlzələdə 200-ə yaxın insan yaralanıb, binalara ziyan dəyib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
