Zelenski ABŞ-la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib
sizinxeber.az xəbər saytı

Zelenski ABŞ-la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib


ABŞ-la Ukrayna ərazilərindəki faydalı qazıntı yataqlarının işlənməsi üzrə danışıqlar müsbət məcradadır. Yeni görüşlərin keçirilməsi nəzərdə tutulur.

Sizinxeber.az “24tv.ua”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Odessada NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında deyib.

Ukraynanın dövlət başçısı bildirib ki, aprelin 20-dək davam edəcək müzakirələrdən sonra nümayəndə heyətləri razılaşma ilə bağlı təkliflərini təqdim edəcək:

“Bu, əsasən texniki işlərlə məşğul olan heyətlərin görüş idi. Sonrakı mərhələdə müzakirələr həm birbaşa, həm də onlayn formatda davam etdiriləcək”.

O əlavə edib ki, indiyə qədər hər iki tərəf görüşü müsbət başa vurub.

Oxşar xəbərlər

Zelenski Səudiyyə Ərəbistanına səfər edib
Tramp: Zelenski danışıqlara hazırdır
Zelenski Ukraynanın mümkün qədər tez sülh istədiyini deyib
Zelenski: Ukrayna və ABŞ mineral ehtiyatlarına dair saziş üzərində işləməyə davam edəcək
Ərdoğan Zelenski ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle