Kobaxidze: “Dərin dövlət” Avropa strukturlarına Ukraynadakı müharibəni uzatmağı tapşırıb
“Dərin dövlət” Avropa strukturlarına Ukraynada müharibəni uzatmağı tapşırıb.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Batumidə jurnalistlərə açıqlamasında bildirib.
“İndi “Dərin dövlət” xüsusilə Avropa strukturlarına Ukraynadakı müharibəni uzatmağı tapşırıb. Amerika fondları artıq biz də daxil olmaqla, dövlət əleyhinə prosesləri maliyyələşdirmir, ancaq Avropa strukturları bu yükü öz üzərinə götürüblər ki, bu da çox təəssüf doğurur. Əvvəllər iki cəbhədən hücuma məruz qalırdıq, ancaq milli maraqlarımızı müdafiə edə bildik. Əgər dövlət əleyhinə fəaliyyətlər Avropa strukturlarından və Avropa bürokratiyasından maliyyələşərsə, bizim buna da öz cavabımız olacaq. Biz öz milli maraqlarımızı sona qədər müdafiə etməliyik. “Dərin dövlət”in öz maraqları var və bunun üçün Avropa bürokratiyasından istifadə edir. Bizim milli marağımız Ukraynada baş verənlərin Gürcüstanda da baş verməsinə imkan verməməkdən ibarətdir. Ukraynada müharibə, dağıntılar, böyük qurbanlar var, bunun qarşılığında Avropa bürokratiyası ilə yaxşı əməkdaşlıqları var, amma inanın ki, bu, Ukrayna xalqı üçün o qədər də təsəlli deyil. Gürcüstan bu ssenaridən yayına bilib və “dərin dövlət” buna görə qəzəblənib" - deyə İrakli Kobaxidze bildirib.
Oxşar xəbərlər
Kobaxidze: Avropa Parlamentinin qətnaməsi bizim üçün tamamilə dəyərsizdir
Kobaxidze: Gürcüstanda “Maydan” olmayacaq
Kobaxidze Gürcüstanın Avropaya inteqrasiyası öhdəliklərinə sadiq qaldığını bildirib
Baş nazir: Yalan və ədalətsizlik Avropa strukturlarında dərin kök salıb
Kobaxidze: Gürcüstanın məqsədi 2030-cu ilə qədər Aİ üzvü olmaqdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













