Zelenski: Rusiya ilə danışıqlar masasında Avropanı Britaniya və Fransa təmsil edəcək
sizinxeber.az xəbər saytı

Zelenski: Rusiya ilə danışıqlar masasında Avropanı Britaniya və Fransa təmsil edəcək


Ukraynanın mövqeyi aydındır və bu mövqe müharibəni dayandırmaq üçün danışıqlar masasında Avropanın olmasını nəzərdə tutur.

Sizinxeber.az “Unian”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə ölkə liderləri ilə görüşündən sonra mətbuat konfransı zamanı deyib.

“Biz alternativləri nəzərdən keçirmirik, bu, bizim aydın mövqeyimizdir. Avropa çox böyükdür və onun bu danışıqlar masasında aydın təmsilçiliyi olmalıdır. Bu gün hamımız razılaşdıq ki, Avropanı Fransa və Böyük Britaniya təmsil edəcək. Makron və Starmer. Məncə, bu da vacibdir. Və biz bu siqnalı digər tərəfdaşlara, əlbəttə ki, Amerika Birləşmiş Ştatlarına çatdırmaq istəyirik”, - Zelenski deyib.

Zelenski əlavə edib ki, Parisdəki görüş zamanı hər bir ölkə liderinin məsələyə öz baxış bucağı var idi. Bununla belə, onların hamısını Ukraynaya dəstək və təhlükəsizlik zəmanəti vermək ideyası birləşdirirdi.

Oxşar xəbərlər

Zelenski Brüsseldə Avropa liderləri ilə görüşəcək
Zelenski Ukraynanın mümkün qədər tez sülh istədiyini deyib
Zelenski Səudiyyə Ərəbistanına səfər edib
Zelenski ABŞ-a güvənib-güvənmədiyini açıqlayıb
Zelenski: Kiyev müharibəni dayandırmaq üçün ABŞ administrasiyası ilə birgə işləməyə davam edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle