Zelenski ABŞ-a güvənib-güvənmədiyini açıqlayıb
sizinxeber.az xəbər saytı

Zelenski ABŞ-a güvənib-güvənmədiyini açıqlayıb


Müharibə şəraitində olan Ukrayna ilə müqayisədə indi bütün dünya “çox ləng” yaşayır.

APA “Unian”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə ölkə liderləri ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında ABŞ-yə güvənib-güvənmədiyi və müttəfiqlərin çox ləng hərəkət etdiyini düşünüb-düşünmədiyi ilə bağlı sualı cavablandırarkən deyib.

“Bunlar məzəmmət deyil, sadəcə olaraq tamam başqa reallıqlardır. Təəssüf ki, bir həftəyə etmək istədiyimizi bir neçə aya edirik. Niyə biz Ukraynada çox şey etmək istəyirik? Çünki bütün bunlar çox uzun zaman alır. Hər gün raket zərbələrinə məruz qalırıq, hər gün itkilərimiz olur və bunlar bizim üçün böyük itkilərdir. “Fərqli sürətlə” yaşayan insanlara izah etmək çox çətindir. Məsələn, ABŞ-nin “ruslar üzrə” nümayəndəsi Uitkoff. O, bizimlə mücərrəd danışır, tamam başqa dünyadandır. Bizim üçün bu insanlar başqa planetdəndirlər. Biz isə müharibədəyik”, - Zelenski bildirib.

Prezident vurğulayıb ki, söhbət tərəfdaşlara inam və ya inamsızlıqdan deyil, praqmatik şeylərdən gedir.

Onun sözlərinə görə, Avropanın gələcəyi kağız üzərində deyil, təhlükəsizlik ittifaqları üzərində qurulmalıdır.

Oxşar xəbərlər

Zelenski müharibə zamanı həlak olan hərbçilərin sayını açıqlayıb
Zelenski: Sülh əldə etmək üçün Trampın rəhbərliyi altında işləməyə hazırıq
Zelenski Ukraynanın mümkün qədər tez sülh istədiyini deyib
Zelenski: Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib
Zelenski: Suriya üçün “Ukraynadan taxıl” proqramını yaradacağıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle