Əkrəm İmamoğlu həbsxanaya göndərilib - FOTOLENT - VİDEO - YENİLƏNİB-4 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
mar
2025
16:50

Əkrəm İmamoğlu həbsxanaya göndərilib - FOTOLENT - VİDEO - YENİLƏNİB-4

23 mar, 2025
16:50
823

Əkrəm İmamoğlu həbsxanaya göndərilib - FOTOLENT - VİDEO - YENİLƏNİB-4

Əkrəm İmamoğlu ilə birlikdə daha 48 şübhəli şəxs də həbsxanaya göndərilib.

Sizinxeber.az-nın İstanbul müxbirinin xəbərə görə, Türkiyə ədliyyə naziri Yılmaz Tunç son hadisələri şərh edərək, istintaq işinin davam etdiyini bildirib.

O, məhkəmə prosesini “siyasi istintaq” olaraq adlandırmanın yanlış olduğunu da vurğulayıb.

***

16:11

Xəbərə video əlavə edilib:

***

15:58

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu “korrupsiya” ittihamı üzrə məhkəmənin verdiyi həbs qərarı əsasında həbsxanaya göndərilib.

Bu barədə Sizinxeber.az-nın İstanbul müxbirinin xəbər verir.

***

11:31

Məhkəmə Əkrəm İmamoğlunun ittiham olunduğu ikinci iş- terrorla bağlı istintaq üzrə onun şərti olaraq sərbəst buraxılması barədə qərar qəbul edib.

Sizinxeber.az-nın İstanbul müxbirinin xəbərə görə, İstanbul Böyükşəhər Bələdiyyə sədrinin korrupsiya istintaqı üzrə məhkəmə qərarı ilə həbs edilməsi isə qüvvədə qalır.

Buna görə də İmamoğlu həbsdə qalır və hazırda Silivri həbsxanasına aparılması gözlənilir.

***

11:08

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu korrupsiya istintaqı üzrə məhkəmə qərarı ilə həbs edilib.

Sizinxeber.az-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, onun qərara əsasən cəza evinə göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Ə. İmamoğlu haqqında “terror” istintaqı üzrə qərarın da verilməsi gözlənilir.

Bizimlə əlaqə saxlayın