İmamoğlu və digər 90 şübhəlinin ifadə vermə prosesi başlayıb - YENİLƏNİB-1 - FOTO - VİDEO
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və digər 90 şübhəlinin iki istintaq üzrə prokurorlar qarşısında ifadə vermə prosesi başlayıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, məhkəmə qarşısında Ə. İmamoğluna qarşı iddialara etiraz etmək üçün minlərlə insan yığışıb.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu Ə. İmamoğlu və digər 90 şübhəliyə qarşı “PKK terror təşkilatı ilə əməkdaşlıq”, “korrupsiya”, “rüşvət alma və vermə”, o cümlədən digər ittihamlar irəli sürüb.
***
21:31
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və digər 90 şübhəlinin gətirildiyi məhkəmə binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, iki istintaq üzrə 30 prokurorun iştiraki ilə başlayan ifadə prosesinin səhər saatlarına qədər davam edəcəyi gözlənilir.
***
19:56
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun polisdə ifadəsi bitəndən sonra məhkəməyə aparılıb.
APA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Onunla birlikdə ittiham olunan 90 nəfər də məhkəmə qarşısına çıxarılacaq.
Oxşar xəbərlər
Əkrəm İmamoğlu ifadə verib
İmamoğlunun gətirildiyi məhkəmə binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib - YENİLƏNİB - FOTO - VİDEO
Əkrəm İmamoğlunun terror istintaqı çərçivəsində verdiyi ifadəsi tamamlanıb- YENİLƏNİB
Əkrəm İmamoğlu ikinci dəfə polisdə ifadə verir
İmamoğlu saxlanılan kimi dollar kəskin bahalaşdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
