İmamoğlunun müşaviri Murat Ongun həbs edilib
sizinxeber.az xəbər saytı

İmamoğlunun müşaviri Murat Ongun həbs edilib


İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Başqanının müşaviri və İBB Medya AŞ İdarə Heyətinin sədri Murat Ongun, İBB ilə bağlı aparılan aparılan korrupsiya və terror araşdırması çərçivəsində həbs edilib.

APA xəbər verir ki, bu barədə “Hurriyet” qəzeti məlumat yayıb.

Araşdırmanın detalları:

  • Əsas ittihamlar: İBB Başqanı Əkrəm İmamoğlu və 99 şübhəli haqqında "cinayətkar təşkilatın rəhbəri olmaq", "cinayətkar təşkilata üzv olmaq", "rüşvət", "dələduzluq", "şəxsi məlumatları qanunsuz əldə etmək" və "tender saxtakarlığı" ittihamları irəli sürülüb.
  • Terrorla əlaqəli ittihamlar: İmamoğlu, İBB Baş katibinin müavini Mahir Polat və Şişli Bələdiyyə sədri Resul Emrah Şahan da daxil olmaqla 7 şübhəli, "PKK/KCK terror təşkilatına yardım etmək" ittihamı ilə araşdırılır.

Murat Ongunun ifadəsi:

  • İttihamlara cavab: Ongun, təşkilat üzvü olmadığını və buna görə də peşmanlıq hüququndan faydalanmaq istəmədiyini bildirib.
  • Mətbuatla əlaqələr: Mətbuatla əlaqələri idarə etdiyi iddialarına cavab olaraq, işini yaxşı gördüyünü və heç kimə qarşı qaralama kampaniyası aparmadığını qeyd edib.
  • Maddi dəstək iddiaları: Jurnalistlərə maddi dəstək verdiyi iddialarını rədd edərək, belə bir şeyi özünə yaraşdırmadığını və İBB olaraq yalnız rəsmi yollarla media qurumlarına reklam verərək dəstək olduqlarını vurğulayıb.

Oxşar xəbərlər

İstanbul Bələdiyyəsində araşdırma aparılıb, 18 nəfər həbs edilib
İmamoğlu və digər şübhəlilərin prokurorlar qarşısında ifadələri başa çatıb - YENİLƏNİB-3 - FOTO - VİDEO
İmamoğlunun saxlanılmasından sonra provokativ paylaşım edən 261 nəfər müəyyən edilib, 37-si tutulub
Əkrəm İmamoğlu ifadə verib
Əkrəm İmamoğlunun terror istintaqı çərçivəsində verdiyi ifadəsi tamamlanıb- YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle