İstanbul Bələdiyyəsində araşdırma aparılıb, 18 nəfər həbs edilib
sizinxeber.az xəbər saytı

İstanbul Bələdiyyəsində araşdırma aparılıb, 18 nəfər həbs edilib


İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya araşdırması çərçivəsində 18 şübhəli həbs edilib.

APA xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Araşdırmanın detalları:

  • İttihamlar: İBB sədri Əkrəm İmamoğlu və 99 şübhəli haqqında "cinayətkar təşkilatın rəhbəri olmaq", "cinayətkar təşkilata üzv olmaq", "rüşvət", "dələduzluq", "şəxsi məlumatları qanunsuz əldə etmək" və "tender saxtakarlığı" ittihamları irəli sürülüb.
  • Terror ittihamları: Əkrəm İmamoğlu, İBB Baş katibinin müavini Mahir Polat və Şişli Bələdiyyə sədri Resul Emrah Şahan da daxil olmaqla 7 şübhəli haqqında "PKK/KCK terror təşkilatına yardım etmək" ittihamı ilə araşdırma aparılır.

Məhkəmə qərarları:

  • Həbs edilənlər: Ali İlbak, Adem Tuncay, Ahmet Köksal, Ali Nuhoğlu, Eyüp Subaşı, Kamil Timur Delibaş, Murat Abbas, Mete Sarıaltun, Alper Aydın, Serdal Taşkın, Serkan Öztürk, Mustafa Nihat Sütlaş, Süleyman Atik, Ahmet Çiçek, Yusuf İlbak, Servet Yıldırım, Serdar Haydanlı və Buğra Gökçe.
  • Şərti azadlığa buraxılanlar: Ahmet Palazoğlu, Alihan Aydın, Ercan Saatçi, Alperen Aydın, Bayram Taşkın, Canan Münüklü, Cemal Ufuk Karakaya, Birsen Şahin və Vahit Doğan "xaricə çıxış qadağası" və "imza ilə adli nəzarət tədbiri" tətbiq edilərək sərbəst buraxılıb.

Oxşar xəbərlər

İmamoğlu və digər şübhəlilərin prokurorlar qarşısında ifadələri başa çatıb - YENİLƏNİB-3 - FOTO - VİDEO
Əkrəm İmamoğlu ifadə verib
Əkrəm İmamoğlu həbs edilib - YENİLƏNİB
Əkrəm İmamoğlunun terror istintaqı çərçivəsində verdiyi ifadəsi tamamlanıb- YENİLƏNİB
Əkrəm İmamoğlu ikinci dəfə polisdə ifadə verir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər