2020-2024-cü illərdə Avropanın silah idxalı 155% artıb
sizinxeber.az xəbər saytı

2020-2024-cü illərdə Avropanın silah idxalı 155% artıb


2020-2024-cü illər ərzində Avropanın hərbi idxalı 2015-2019-cu illərlə müqayisədə 155% artıb.

APA xəbər verir ki, bu məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2020-2024-cü illərdə qlobal silah ticarətinin vəziyyəti haqqında dərc etdiyi hesabatda əksini tapıb.

SIPRI bildirir ki, ABŞ-nin qlobal satışdakı payı 43%-ə yüksəlib, Rusiyanın ixracı isə 64% azalıb. Hərbi satışın ümumi həcmi isə 2015-2019 və 2010-2014-cü illərdə olduğu kimi eyni olaraq qalsa da 2005-2009-cu illərlə müqayisədə 18% yüksək olub.

Bundan başqa 2020-2024-cü illər üzrə dünyanın ilk on silah ixracatçısının siyahısı 2015-2019-cu illərdə olduğu kimi qalıb.

Bu siyahıda ilk beş pillədə ABŞ, Fransa, Rusiya, Çin və Almaniya qərarlaşıb. Siyahıda qlobal payı 7,8% olan Rusiya Fransadan (9,6%) sonra olmaqla üçüncü yerə yüksəlib. İtaliya isə 4,8%-lə onuncu yerdən altıncı yerə yüksəlib.

Çin 2020-2024-cü illərdə ən böyük silah ixracatçıları arasında 5,9%-lə dördüncü yerdədir.

Oxşar xəbərlər

Təhsil İnstitutunda yeni təyinatlar olub
UNEC qlobal reytinqdə 684 pillə irəliləyib
Nüfuzlu nəşrlərdə dərc edilmiş elmi məqalələrimizin sayı ötən illərlə müqayisədə 2 dəfə artıb
Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib
1988-2024-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 18 850 nəfər qəsdən öldürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər