Gürcüstanda qar yağan bölgələrdə axtarış işlərinə Sərhəd Polisi helikopteri cəlb edilib
Gürcüstanın qərbində güclü qar yağan bölgələrdə aparılan axtarış-xilastemə işlərinə Sərhəd Polisinə məxsus helikopter cəlb edilib.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, məlumat Daxili İşlər Nazirliyi yayıb.
Bildirilib ki, helikopter xilasətmə işləri ilə yanaşı ərazidə qalan sakinlərə ərzaq çatdırılmasında istifadə ediləcək.
Məlumatda əlavə olunub ki, hazırda baş nazirin müavini, daxili işlər naziri Vaxtanq Qomelauri və digər hökumət rəsmiləri güclü qar yağmış Quria bölgəsindədir və helikopterlə ərazidə vəziyyəti müşahidə edirlər.
Qeyd edək ki, bəzi bölgələrdə qar örtüyünün hündürlüyü 3 metrə çatıb. 100-dən çox kəndlə əlaqənin kəsildiyi bildirilir. Xilasetmə işlərinə Gürcüstan Müdafiə Qüvvələrinin əməkdaşları da cəlb ediliblər. İtkin düşənlərin olduğu bildirilir.
Oxşar xəbərlər
Kobaxidze ABŞ və Britaniyanın sanksiya tətbiq etdiyi DİN rəhbərini özünə müavin təyin edib
Kobaxidze Azərbaycana gəlir
Peskov: Moskva Gürcüstanın daxili işlərinə qarışmır
Xocavənddə yanğın baş verib, əraziyə helikopter cəlb olunub - VİDEO
Kobaxidze Vaxtanq Qomelaurinin Baş nazirin müavini təyin edilməsini “müəyyən qərarlar”la əlaqələndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








