Azərbaycan və Gürcüstan ərazisi ilə üçüncü ölkələrə daşınan konteynerlərin sayında 25% artım var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
fev
2025
17:50

Azərbaycan və Gürcüstan ərazisi ilə üçüncü ölkələrə daşınan konteynerlərin sayında 25% artım var

18 fev, 2025
17:50
699

Azərbaycan və Gürcüstan ərazisi ilə üçüncü ölkələrə daşınan konteynerlərin sayında 25% artım var

Azərbaycan və Gürcüstan ərazisi ilə üçüncü ölkələrə daşınan konteynerlərin sayında 25% artım var.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşdən sonra deyib.

“Biz Çindən gələn malların Bakı və Kutaisi üzərindən 12-15 günə təyinat yerinə çatmasını təmin etmişik, halbuki əvvəllər eyni daşınmalar təxminən 53 gün çəkirdi”, - Rəşad Nəbiyev deyib.

Nazir Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın “Orta Dəhliz”in inkişafına və cəlbediciliyini artıracağını vurğulayıb.

Bizimlə əlaqə saxlayın