Zelenski Trampla müzakirələrin təfərrüatlarını açıqlayıb
sizinxeber.az xəbər saytı

Zelenski Trampla müzakirələrin təfərrüatlarını açıqlayıb


“Mənim Donald Trampa əhatəli söhbətim oldu. Sülhün əldə olunmasından, eləcə də birgə fəaliyyətə hazır olmağımızdan və pilotsuz uçuş aparatları və digər müasir texnologiyalar da daxil olmaqla, Ukraynanın texniki imkanlarından danışdıq. Mən Prezident Donald Trampa göstərdiyi marağa görə təşəkkür edirəm”.

Sizinxeber.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O əlavə edib ki, ABŞ-nin maliyyə naziri Skott Bessent ilə apardığı müzakirələri, habelə iqtisadi əməkdaşlığa dair məsələləri də müzakirə edib:

“Donald Tramp da Putinlə söhbətinin təfərrüatlarını mənimlə bölüşdü. Ukrayna qədər heç kim sülh istəyə bilməz. ABŞ Rusiyanın aqressiyasını dayandırmaq, habelə dayanıqlı və etibarlı sülhün təminatı üçün ilə birlikdə növbəti addımların atılmasına başlayırıq. Biz eyni zamanda gələcəkdə də təmasları davam etdirmək və qarşıdakı görüşlərimizi planlaşdırmaq barədə razılığa gəldik”.

Oxşar xəbərlər

Tramp və Zelenski arasında telefon danışığı baş tutub - YENİLƏNİB-1
Zelenski: Trampla andiçmədən sonra görüşə bilərik
Volodimir Zelenski və Donald Tramp arasında görüş keçirilib - YENİLƏNİB
Tramp və Zelenski arasında telefon danışığı baş tutub - YENİLƏNİB
Zelenski Tramp və Makronla görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər