KİV: Şolts Kiyevə əlavə 3 milyard avroluq silah tədarükünə mane olur
Almaniya kansleri Olaf Şolts xarici işlər və müdafiə nazirləri Annalena Berbok və Boris Pistorius tərəfindən dəstəklənən Ukraynaya 3 milyard avroluq əlavə hərbi yardım paketinin ayrılmasına mane olur.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, nazirlər fevralın 23-nə təyin edilmiş Bundestaq seçkilərinə qədər yeni yardım göstərmək istəyirlər.
Müdafiə Nazirliyinin mütəxəssisləri hətta mərmilər, Patriot üçün raketlər, 10 haubitsa və döyüş sursatı da daxil olmaqla daha üç İRİS-T hava hücumundan müdafiə sistemi olan silahların siyahısını hazırlayıblar.
Bununla belə, Almaniya kansleri qeyri-rəsmi olaraq əlavə hərbi yardım paketini təsdiq etməyəcəyini bildirib.
2025-ci ilin büdcəsində bu məqsədlər üçün təqribən 4 milyard avro vəsait nəzərdə tutulub.
Oxşar xəbərlər
Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb
Almaniya Ukraynaya 683 milyon dollar hərbi yardım ayıracaq
Almaniya yeni hökumət təyyarələrinə raketdən müdafiə sistemləri quraşdıracaq
Almaniya 5 milyard avroluq büdcə kəsiri ilə üzləşib
ABŞ Ukraynaya 500 milyon dollar hərbi yardım ayırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













