İtaliyan jurnalistin həbsinə görə İran səfiri XİN-ə çağırılacaq
sizinxeber.az xəbər saytı

İtaliyan jurnalistin həbsinə görə İran səfiri XİN-ə çağırılacaq


İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Xarici İşlər Nazirliyinə jurnalist Sesiliya Salanın həbsinə görə İran səfirini çağırmağı tapşırıb.

APA xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat verib.

“Biz Sesiliya Salanı evə gətirmək və hüquqlarına hörmət edilməsini tələb etmək üçün yorulmadan çalışırıq. Azadlığa çıxana qədər Sesiliya və valideynləri heç vaxt tək qalmayacaq”, – nazir vurğulayıb.

Qeyd edək ki, italyan jurnalist Sesiliya Sala dekabrın 19-da İranın paytaxtı Tehranda reportaj hazırlayarkən polis tərəfindən həbs edilib.

İran hökuməti Sesiliya Salanın həbs olunduğunu təsdiqləyib.

Sala Tehranın Evin həbsxanasında saxlanılır. O İtaliyanın “Il Foglio” qəzetinin müxbiridir. "Il Foglio" bildirib ki, Sala İran haqqında məlumat vermək üçün adi viza ilə Tehranda olub.

Oxşar xəbərlər

İtaliyalı jurnalist İranda həbs edilib
Ermənistan xarici işlər nazirinin müavini iranlı həmkarına zəng edib
İran xarici işlər naziri Çinə gedir
İran XİN: Haniyənin qanı yerdə qalmayacaq
İran XİN-ə yeni mətbuat katibi təyin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle