Orban: Ukraynada müharibə 2025-ci ildə bitəcək
Ukraynadakı müharibə 2025-ci ildə ya sülh danışıqları, ya da tərəflərdən birinin məğlubiyyəti ilə yekunlaşacaq.
Sizinxeber.az xəbər verir ki, bunu “Magyar Nemzet” nəşrinə Macarıstanın Baş naziri Viktor Orban deyib.
O Ukraynanın ərazisinin 20 faizini itirdiyini, milyonlarla qaçqınların olduğunu qeyd edib. Macar hökumət başçısının sözlərinə görə, adıçəkilən ölkə postmüharibə dövründə nə iqtisadiyyatının bərpasını, nə də digər zəruri işləri müstəqil şəkildə həyata keçirmək iqtidarında deyil.
V. Orban siyasi karyerasında 2020-2024-cü illərdən daha mürəkkəb dövrü xatırlamadığını söyləyib, bu amili bəzi Qərb liderlərinin təhlükəli fikirlərə ortaq olması ilə əlaqələndirib:
“Qərb dünyasında hakimiyyətdə elə adamlar var ki, onlar öz ölkələrini müdafiə etməyə qadir olmayan təhlükəli ideyaları dəstəkləyir. 2020-ci ildə ABŞ-də keçirilən Prezident seçkisi Donald Trampı bu postdan məhrum etmək məqsədilə saxtalaşdırılmışdı. Başqa bir nümunə isə Almaniya və Fransa ilə bağlıdır. Almaniyanın ən sabit fikirli kansleri Angela Merkel vəzifədən getdi, Fransa isə özünün ən çirkin niyyətini göstərməyə başladı. Bundan sonra Avropa ilə Rusiya arasında münaqişə vəziyyəti yarandı. Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə ya Rusiyanın, ya da Ukraynanın məğlubiyyəti ilə başa çatacaq. Onu da əlavə edim ki, son 4 il siyasi karyeramın ən mürəkkəb dövrü oldu” – V. Orban belə deyib.
Oxşar xəbərlər
Borrell: Orban Gürcüstana səfərində Aİ-ni təmsil etmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Viktor Orban COP29-da iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Viktor Orban Floridada Donald Tramp və İlon Maskla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Orban Avropa İttifaqını onun hökumətini devirməyə cəhddə ittiham edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze: Ukraynada müharibə bitəndən sonra Gürcüstanın Qərblə münasibətlərinin bərpasına şərait yaranacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












