Avropa liderləri Orbanın Trampı Aİ sammitində çıxış etməyə dəvət edəcəyindən qorxurlar » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
noy
2024
00:50

Avropa liderləri Orbanın Trampı Aİ sammitində çıxış etməyə dəvət edəcəyindən qorxurlar

01 noy, 2024
00:50
778

Avropa liderləri Orbanın Trampı Aİ sammitində çıxış etməyə dəvət edəcəyindən qorxurlar

Avropa ölkələrinin liderləri Macarıstanın Baş naziri Viktor Orbanın ABŞ-nin keçmiş prezidenti Donald Trampın noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə onu Aİ-nin qeyri-rəsmi sammitində videobağlantı vasitəsilə çıxış etməyə dəvət edəcəyindən ehtiyat edir.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Bloomberg” Aİ ölkələrinin bir sıra diplomatına istinadən məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqında şübhələr yaranıb ki, oktyabrın 31-də Macarıstanın Baş naziri ABŞ-nin keçmiş prezidenti ilə telefon danışığında bu ehtimalı müzakirə edib.

Avropalı diplomatlar qeyd edir ki, Trampın Amerikadan hətta videobağlantı vasitəsilə Aİ sammitində iştirakı bir çox Aİ liderinin narazılığına səbəb olacaq.

Bizimlə əlaqə saxlayın