Noyabrın 26-da saat 10:00-a olan faktiki hava açıqlanıb.
Sizinxeber.Az xəbər verir ki. bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub, arabir intensiv xarakterli olub, şimşək çaxıb, dağlıq ərazilərə isə qar yağıb. Yağıntılar gecə saatlarından tədricən kəsilib.
Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 15, Qobustan və Kişçayda (Şəki) 11, Zaqatalada 10, Balakəndə 9, Beyləqan, Zərdab, Kürdəmir, Tovuz və Lerikdə 8, Sabirabadda 7, Quba, Gədəbəy, Şahbuz, Lənkəran və Cəbrayılda 6, Qusar, Şamaxı, Oğuz, Gəncə, İmişli, Salyan, Yardımlı və Göygöldə 5, Neftçala, Yevlax, Tərtər, Göyçay, Astara, Ağdam, Qəbələ, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 4, Xaltan, Mingəçevir, Goranboy, Ordubad, Biləsuvar, Bərdə, Xızı, Şəmkir, Ağstafa, Naftalan, Daşkəsən, Naxçıvan, Culfa, Şərur və Şabranda 1-3 mm-dək qeydə alınıb.
Bəzi ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Oğuzda 21, Daşkəsən, Bərdə və Şəkidə 20, Goranboyda 19, Naftalan və Tərtərdə 18 m/san-dək güclənir.