Hollandiya Ukrayna üçün PUA-ların hazırlanmasına 400 milyon avro ayıracaq
sizinxeber.az xəbər saytı

Hollandiya Ukrayna üçün PUA-ların hazırlanmasına 400 milyon avro ayıracaq


Hollandiya Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatlarının hazırlanmasına təxminən 400 milyon avro ayıracaq.

Sizinxeber.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Müdafiə naziri Ruben Brekelmans məsələyə münasibət bildirərkən bunları deyib:

"Hollandiya əvvəllər F-16 və Patriot sistemlərinin tədarükündə qabaqcıl rol oynayıb və indi biz bunu inkişaf etmiş pilotsuz təyyarələrlə davam etdiririk, PUA fəaliyyət planına 400 milyon avro sərmayə qoyuruq".

Onun sözlərinə görə, söhbət kəşfiyyat, müdafiə və hücum üçün istifadə oluna bilən hər cür perspektivli dronlardan gedir.

Nazir həmçinin artıq Ukraynaya 3,76 milyard avro vəsait ayrıldığını deyib.

Oxşar xəbərlər

Hollandiya Ukraynaya 88 milyon avro ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Finlandiya Ukrayna üçün sursat alınmasına 30 milyon avro ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hollandiya müdafiə xərclərini 10%-dən çox artıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyanın dondurulmuş aktivlərindən Parisə 300 milyon avro ayrılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrlandiya Ukraynaya 128 milyon avro hərbi yardım edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər