Fransada terror aktı planlaşdırmaqda şübhəli bilinən tunisli həbs edilib
sizinxeber.az xəbər saytı

Fransada terror aktı planlaşdırmaqda şübhəli bilinən tunisli həbs edilib


Fransa polisi Luvr muzeyində terror aktı planlaşdırmaqda şübhəli bilinən bir tunislini həbs edib.

Bu barədə “Le Monde” qəzeti Milli Terrorla Mübarizə Prokurorluğunun (PNAT) açıqlamasına istinadən məlumat yayıb.

Hadisənin 7 may tarixində baş verdiyi bildirilir. Müstəntiqlərin sözlərinə görə, 27 yaşlı sənədsiz immiqrant terror aktı planlaşdırıb.

İddiaya görə, o, Luvr və Parisin 16-cı rayonundakı yəhudi icmasına hücum planları səbəbilə həbs edilib.

Oxşar xəbərlər

"Le Monde": Luvrda terror aktı planlaşdıran şəxs saxlanılıb
Pakistanda 33 şübhəli terrorçu həbs edilib
Britaniyada terror aktı hazırlamaqda şübhəli bilinən iranlılar saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər