Latviyanın müdafiə naziri dron insidentlərinə görə istefa verib
sizinxeber.az xəbər saytı

Latviyanın müdafiə naziri dron insidentlərinə görə istefa verib


Latviyanın müdafiə naziri Andris Spruds vəzifəsindən istefa verib.

"ERR"in məlumatına görə, bunu Latviyanın Baş naziri Evika Silinya açıqlayıb.

Qərar ölkə ərazisinə dronların düşməsi ilə bağlı insidentlərdən sonra qəbul olunub.

Baş nazir bildirib ki, Andris Spruds həm onun, həm də cəmiyyətin etimadını itirib. Buna görə də onun istefası tələb olunub.

Silinya müdafiə naziri vəzifəsinə polkovnik Rayvis Melnisin namizədliyini irəli sürdüyünü və onun bu təklifi qəbul etdiyini açıqlayıb.

Baş nazir qeyd edib ki, son dron insidenti ölkənin hava məkanının təhlükəsizliyi ilə bağlı verilən vədlərin yerinə yetirilmədiyini göstərib.

“Bu sahəyə ÜDM-in təxminən 5 faizi həcmində maliyyə ayrılır. Bu, böyük məsuliyyətdir və konkret nəticələr tələb edir. Hesab edirəm ki, müdafiə sektoruna yeni və peşəkar yanaşma lazımdır”, – deyə Silinya vurğulayıb.


Oxşar xəbərlər

Spruds: Dron qalmaqalından sonra müdafiə naziri postundan getməyə hazıram
Müdafiə naziri Latviyaya Ukraynadan Rusiyaya istiqamətlənmiş dronların düşdüyünü ehtimal edir - YENİLƏNİB
Latviya Ukraynaya təhvil vermək üçün min dron hazırlayıb
Zelenski: Şmıhal Ukraynanın müdafiə naziri təyin olunacaq
Gürcüstan DTX rəhbəri istefa verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər