Belçika Ukraynaya 53 ədəd F-16 qırıcısı verməyi planlaşdırır
sizinxeber.az xəbər saytı

Belçika Ukraynaya 53 ədəd F-16 qırıcısı verməyi planlaşdırır


Belçikanın müdafiə naziri Teo Franken 2029-cu ilə qədər 53 ədəd F-16 qırıcısının Ukraynaya təhvil veriləcəyini bəyan edib.

Bu barədə "Le Vif" nəşri Belçika Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Məlumata görə, plan üzrə ilk yeddi təyyarə bu il ərzində Ukraynaya göndərilməlidir.

Qeyd edilir ki, əvvəlki hökumət Ukrayna Prezidenti Volodimir Zelenskiyə ilk iki təyyarənin 2024-cü ildə veriləcəyini vəd etsə də, Belçika indiyədək Kiyevə heç bir F-16 təhvil verməyib.

Oxşar xəbərlər

Belçika 2029-cu ilə qədər Ukraynaya 53 ədəd F-16 qırıcılarının çatdırılmasını söz verib
“Ramştayn” formatının 28-ci iclasında Ukraynaya hərbi dəstək qərarı verilib
Belçika Ukraynaya üç ədəd haubitsa verə bilər
Danimarka Ukraynaya altı F-16 qırıcısı göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər