ABŞ müdafiə naziri "Hizbullah" və İsrail arasında döyüşün qaçılmaz olduğuna inanmır
ABŞ müdafiə naziri Lloyd Ostin "Hizbullah" və İsrail arasında döyüşün qaçılmaz olduğuna inanmır.
APA "Reuters"ə istinadən xəbər verir ki, müdafiə naziri Ostin eyni zamanda tərəflər arasında eskalasiya potensialından narahat olduğunu qeyd edib.
"İsrailin şimal sərhədində çoxlu aktivlik müşahidə edirik, bunun genişmiqyaslı döyüşə çevrilməsi potensialından narahatıq. Ancaq mən döyüşün qaçılmaz olduğuna inanmıram", - müdafiə naziri deyib.
Xatırladaq ki, gərginlik şənbə günü Colan Təpələrində druzların yaşadığı kənddəki futbol meydançasına düşən raketin 12 uşaq və yeniyetmənin ölümünə səbəb olduqdan sonra daha da artıb. İsrail hökuməti bu zərbədə İranın dəstəklədiyi "Hizbullah"ı ittiham edib və sərt cavab verəcəyini bəyan edib. "Hizbullah" bu hücumda iştirakını rədd edib.
Oxşar xəbərlər
İsrail Livana zərbə endirib, ölənlər və yaralananlar var
Netanyahu "Hizbullah"a xəbərdarlıq edib: Cavabımız sərt olacaq
İsrailin müdafiə naziri: "Günahsız uşaqlar öldü, Hizbullah günahkardır”
İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb
İran və Suriya müdafiə nazirləri görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













