Macarıstan Ukraynanın hücumu səbəbindən Rusiya neftinin tədarükünün dayandırıldığını bildirib
Rusiya neftinin Macarıstana tədarükü Ukraynanın neft kəmərinə hücumu səbəbindən dayandırılıb.
APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto X sosial şəbəkəsində etdiyi paylaşımında qeyd edib.
"Ukrayna Macarıstana gedən neft kəmərinə yenidən hücum etdi. Bu, nəqlin dayandırılmasına səbəb oldu," – deyə o bildirib.
Nazir qeyd edib ki, Macarıstanı təmin edən enerji infrastrukturuna edilən zərbələr yolverilməz və qəbuledilməzdir. O, əlavə edib ki, Rusiya tərəfi boru kəmərinin təmirinə başlayıb, lakin işlərin nə vaxt başa çatacağı hələ məlum deyil: "Ukraynalı qərar qəbul edənlərə xatırlatma: Macarıstandan alınan elektrik ölkənizin enerji təchizatında mühüm rol oynayır".
Bundan əvvəl Macarıstan Ukraynanın Bryansk vilayətindəki “Drujba” neft kəmərinin paylayıcı qovşağına endirdiyi zərbəni pisləmişdi.
Oxşar xəbərlər
Siyarto: Rusiyadan Macarıstana neft tədarükü PUA hücumuna görə dayandırılıb
Siyarto: Macarıstan və Serbiya üç il ərzində yeni neft kəmərinin tikintisi ilə bağlı razılığa gəlib
Macarıstan XİN: Rusiya ilə enerji məsələlərini müzakirə edilib
Siyarto: Rusiyadan Macarıstana neft tədarükü bərpa edilib
Siyarto: Macarıstan Rusiyadan neft tədarükü olmadan yaşaya bilməz
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













