sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Turkish Airlines"in təyyarəsində tüstülənmə baş verib, sərnişinlər təxliyə edilib - VİDEO
Antalyada "Turkish Airlines"in təyyarəsində tüstülənmə baş verib, sərnişinləri təxliyə edilib.
Sizinxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul-Antalya reysini yerinə yetirən "Turkish Airlines" aviaşirkətinə məxsus "Boeing 777" tipli sərnişin təyyarəsində enişdən sonra tüstülənmə qeydə alınıb.
Hadisə təyyarə uğurla eniş etdikdən sonra Antalya hava limanında baş verib. Tüstülənmənin səbəbi kimi hidravlik sistemdə yaranmış texniki nasazlıq göstərilir.
Təhlükəsizliyi təmin etmək üçün sərnişinlər traplar vasitəsilə təyyarədən təxliyə ediliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Oxşar xəbərlər
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
“Turkish Airlines” Beyruta uçuşları dayandırıb
Antalyada Rusiyanın təyyarəsində yanğın olub
İstanbuldan Moskvaya uçan təyyarə Vilnüsdə təcili eniş edib
“Turkish Cargo” yük təyyarəsi Bişkekdə məcburi eniş edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













