ABŞ-Avropa İttifaqı ticarət danışıqları: Ursula fon der Lyayen Trampla razılaşma əldə edə biləcəkmi?
sizinxeber.az xəbər saytı

ABŞ-Avropa İttifaqı ticarət danışıqları: Ursula fon der Lyayen Trampla razılaşma əldə edə biləcəkmi?


ABŞ prezidenti Donald Tramp və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, son həftələr ərzində aparılan intensiv ticarət danışıqlarından sonra bu gün Şotlandiyada görüşəcək.

APA xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb.

Brüssel, Trampın cümə gününə təyin etdiyi son tarixdən əvvəl Vaşinqtonla razılaşma əldə edərək transatlantik ticarət müharibəsinin qarşısını almağa çalışır.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bazar günü ABŞ prezidenti ilə Şotlandiyadakı Turnberri qolf klubunda görüşəcək. Avropa nazirləri ümid edirlər ki, bu görüş nəticəsində Trampın Aİ mallarına tətbiq etməyi planlaşdırdığı 30 faiz gömrük tariflərinin qarşısını alan bir razılaşma əldə edilə bilər.

Danışıqlarda iştirak edən mənbələrin bildirdiyinə görə, avropalı nümayəndələr tariflərin 15 faiz səviyyəsində saxlanmasına nail olmağa çalışırlar. Tramp isə cümə günü jurnalistlərə bildirib ki, Aİ tərəfi razılaşmanı çox istəyir.

Oxşar xəbərlər

Avropa Komissiyasının rəhbəri Trampla ticarət münasibətlərini müzakirə edəcək
Fon der Lyayen iyulun 27-də Trampla tarifləri müzakirə edəcək
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Ursula fon der Lyayen etimad səsverməsindən sonra vəzifəsində qalıb
Ursula fon der Lyayen Trampın andiçmə mərasimində iştirak etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle