İran və ABŞ arasında nüvə danışıqlarının 4-cü raundu başlayıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İran və ABŞ arasında nüvə danışıqlarının 4-cü raundu başlayıb - YENİLƏNİB


ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqların dördüncü turu başlayıb.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə “Mehr” məlumat yayıb.

Maskatda ABŞ və İran arasında dolayı danışıqlar Oman xarici işlər naziri Badr bin Hamad əl-Busaidinin vasitəçiliyi ilə baş tutur.

Nümayəndə heyətlərinə ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff və İran xarici işlər naziri Abbas Araqçi rəhbərlik edir.

***

saat 09.33

Bu gün ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqların dördüncü turu keçiriləcək.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə “Mehr” məlumat yayıb.

Qeyd edək ki, dünən İran xarici işlər naziri Abbas Araqçi ABŞ-la bərbər Avropa, Rusiya və Çinlə danışıqlar apardıqları bildirib. Tehranın nüvə silahı yaratmağa çalışmadığını söyləyən Abbas Araqçi İranın nüvə zənginləşdirilməsi də daxil olmaqla, nüvədən energetika üçün istifadəsinin müzakirə mövzusu olmadığını vurğulayıb.

Oxşar xəbərlər

İran-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB
İran və ABŞ arasında danışıqlar başlayıb
İran və ABŞ arasında nüvə danışıqlarının 4-cü raundu keçiriləcək
İran və ABŞ arasında dolayı danışıqlar yazılı mətnlərin mübadiləsi yolu ilə aparılacaq
İran XİN: ABŞ-la danışıqların II raundu konstruktiv və perspektivli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle