XİN: İran ABŞ-la danışıqlarda diplomatiyaya şans verir
İran ABŞ-la danışıqlarda diplomatiyaya şans verir.
APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai sosial media hesabında yazıb.
“Ciddi və səmimi sayıqlıqla biz diplomatiyaya əsl şans veririk”, - o bildirib.
Diplomat qeyd edib ki, ABŞ İranın dialoqa razılıq verməsini qiymətləndirməlidir: “ABŞ üstünlük təşkil edən qarşıdurma halına baxmayaraq, formalaşan bu qərarı dəyərləndirməlidir”.
Onun sözlərinə görə, İran tərəfi şənbə günü aparılacaq danışıqlarda ABŞ-ın mövqeyini qiymətləndirdikdən sonra cavab verəcək.
“Biz qarşı tərəfin niyyətini qiymətləndirəcəyik. Buna uyğun olaraq düşünüb cavab verəcəyik”, – Bəqai əlavə edib.
Qeyd edək ki, sabah Omanda İran və ABŞ arasında danışıqlar keçiriləcək. Danışıqlara İran xarici işlər naziri Abbas Araqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edəcək.
Oxşar xəbərlər
İran XİN: ABŞ dialoqa razılıq verməyimizi qiymətləndirməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abbas Araqçi sabah Ermənistana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran xarici işlər naziri Çinə gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran ABŞ ilə danışıqlarda Omanı vasitəçi kimi görür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Araqçi ilə Trampın xüsusi nümayəndəsi Oman görüşünə rəhbərlik edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












