Hakan Fidan: Rusiya və Ukrayna hələlik sülh sazişindən uzaqdır
sizinxeber.az xəbər saytı

Hakan Fidan: Rusiya və Ukrayna hələlik sülh sazişindən uzaqdır


Rusiya və Ukrayna hələlik sülh sazişi əldə etməkdən bir qədər uzaqdır.

APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Reuters”ə müsahibəsində bildirib.

Hakan Fidan deyib ki, Türkiyə ABŞ-ın Ukraynada müharibəyə son qoymaq təşəbbüsünü dəstəkləyib, lakin razılaşma əldə etmək asan deyil.

Türkiyə XİN rəhbəri qeyd edib ki, tərəflər razılığa gəlməkdən bir az uzaqdırlar.

Ukrayna üçün potensial təhlükəsizlik təminatları ilə bağlı sualı cavablandıran Hakan Fidan ABŞ-ın dəstəyi olmadan Avropanın təkbaşına kifayət qədər təminat verə bilməyəcəyini, lakin döyüşlərin yenidən başlamaması üçün çəkindirici faktorun lazım olduğunu qeyd edib: “Biz ABŞ-ın Ukraynada müharibəyə son qoymaq səylərini alqışlayırıq, lakin razılığa gəlmək asan deyil. ABŞ-ın dəstəyi olmadan tək Avropa Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz. İstənilən sülh razılaşmasını hər iki tərəf üçün həzm etmək olduqca çətindir, lakin çox güman ölümdən yaxşıdır”.

Oxşar xəbərlər

Hakan Fidan Rusiya-Ukrayna münaqişəsinin həllindən danışıb
Hakan Fidan: Ukrayna-Rusiya münaqişəsinin nüvə müharibəsinə çevrilmə riski var
Hakan Fidan Blinkenlə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə edib
Hakan Fidan Fransaya səfərə gedəcək
Hakan Fidan: İsrailin Suriyada yürütdüyü siyasət böyük təxribatlara yol aça bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər