Çin ABŞ-ın ölkəsinin məhsullarına tətbiq etdiyi tariflərə qarşı çıxır
Çin ABŞ-ın ölkəsinin idxalına tətbiq etdiyi tarifləri pisləyir, buna qarşı çıxır və Pekin öz qanuni maraqlarını qorumaq üçün lazımi tədbirlər görəcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə TASS-a Çinin ABŞ-dakı səfirliyinin nümayəndəsi məlumat verib.
“ABŞ narkotik məhsullarını bəhanə edərək, Çin idxalına əlavə 10 faiz rüsum tətbiq edib. Çin bu addımı qətiyyətlə pisləyir və ona qarşı çıxır. Ölkənin qanuni hüquq və maraqlarını qorumaq üçün lazımi cavab tədbirləri görəcək” - o deyib.
Onun sözlərinə görə, Çin narkotiklərlə mübarizə siyasəti və onların həyata keçirilməsi baxımından ən sərt ölkələrdən biridir. Səfirliyinin nümayəndəsi hesab edir ki, narkotiklərlə mübarizə məsələsi daha çox ABŞ-da problemə çevrilib.
Oxşar xəbərlər
Meksika ABŞ-a cavab olaraq əlavə rüsumlar tətbiq edəcək
Çin ABŞ-nin sanksiyalarına qarşı cavab tədbirləri görəcək
DİN əməliyyat keçirib, narkoşəbəkənin daha 35 üzvü saxlanılıb
Sentyabr ayı ərzində 146 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Dekabrda sərhəddə 2 milyon manatlıq qaçaqmal tutulub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













