Misir və İraq arasında 12 əməkdaşlıq müqaviləsi imzalanıb
sizinxeber.az xəbər saytı

Misir və İraq arasında 12 əməkdaşlıq müqaviləsi imzalanıb


Misir və İraq arasında ticarət başda olmaqla müxtəlif sahələrdə 12 əməkdaşlıq müqaviləsi imzalanıb.

Sizinxeber.az xəbər verir ki, Misirin MENA xəbər agentliyində yer alan xəbərə görə, Misirin baş naziri Mustafa Məbduli və İraqın baş naziri Məhəmməd əl-Sudani Bağdadda birgə mətbuat konfransı keçirib.

Məbduli burada etdiyi çıxışında Misir-İraq Birgə Ali Komitəsinin üçüncü iclasının keçirildiyini və görüşlər zamanı qardaş ölkələrlə ikitərəfli əlaqələrin müxtəlif sahələrində razılaşmaların əldə edildiyini bildirib.

Fələstinlilərin öz ölkələrindən başqa ölkəyə deportasiya edilməsini əsla qəbul etməyəcəklərini vurğulayan Mabduli, ərəb ölkələrinin üzləşdiyi çətinliklərlə bağlı Misir və İraqın baxışları arasında tam uyğunluq olduğunu deyib.

Sudani həmçinin iki ölkənin 2023-cü ilin iyun ayında 11 anlaşma memorandumu imzaladığını və nəqliyyat, yerli inkişaf, ticarət , silosun saxlanması və kommunikasiyası da daxil olmaqla bir çox sahələrdə daha 12 anlaşma memorandumu imzalayaraq əməkdaşlığı gücləndirdiklərini qeyd edib.

Oxşar xəbərlər

Türkiyə ilə Misir arasında 18 sənəd imzalanıb
Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
Ceyhun Bayramov Misirin xarici işlər, miqrasiya və xaricdə yaşayan misirlilərlə iş naziri Bədr Əbdülati ilə görüşüb
Blinken Misir prezidentinə İsrailin kompromis planını qəbul etdiyini açıqlayıb
Ceyhun Bayramov Misir XİN rəhbəri ilə telefon danışığı aparıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər