UNRWA rəhbəri fələstinlilərə yardım göstərməyə davam edəcəyini deyib
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrail hakimiyyətinin qadağasına baxmayaraq, fələstinlilərə yardımı davam etdirməyə ümid edir.
APA xəbər verir ki, bunu təşkilatın rəhbəri Filip Lazzarini Qətərin Əl-Cəzirə telekanalına müsahibəsi zamanı deyib.
“UNRWA qalmaq və yardım göstərməyə davam etmək niyyətindədir. Biz fələstinlilərə yardımın gecikdirilməsinin səbəbinin HƏMAS olduğuna dair ittihamları eşidirik, lakin bu, doğru deyil", - Lazzarini vurğulayıb.
Qeyd edək ki, 28 oktyabr 2024-cü ildə İsrail parlamenti Knesset ölkədə UNRWA-nın fəaliyyətini qadağan edən qanun qəbul edib.
Sənədin lehinə 92, əleyhinə 10 deputat səs verib.
Oxşar xəbərlər
İsrail UNRWA sazişinin ləğvi barədə BMT-yə rəsmi məlumat verib
Knesset BMT agentliyinin İsraildə fəaliyyətini qadağan edən qanunu təsdiqləyib
İsrail: UNRWA yanvarın 30-dək Qüdsdəki fəaliyyətini dayandırmalıdır
Türkiyə XİN: İsrailin UNRWA-ının fəaliyyətinə son qoymaq cəhdi beynəlxalq hüququ açıq şəkildə pozur
UNRWA rəhbəri agentliyin İsraildə fəaliyyətinin qadağan edilməsini pisləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
