Suriyada iğtişaşlar zamanı həbs edilən 360 nəfər azad edilib
sizinxeber.az xəbər saytı

Suriyada iğtişaşlar zamanı həbs edilən 360 nəfər azad edilib


Suriya hakimiyyəti dekabrın sonunda Homs şəhərində (Dəməşqdən 160 km məsafədə) sabitliyin bərpası üçün təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılan vətəndaşların böyük bir qrupunu azad edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Al Vatan” qəzetinə əyalət Baş Təhlükəsizlik Müdirliyindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, iğtişaşlarda iştirak edən, lakin keçmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə əhaliyə qarşı hərbi cinayətlərdə iştirak etməyən 360 nəfər azad edilib:

“Bu qərar ilkin araşdırmadan sonra verilib və sərbəst buraxılanlar Suriyanın yeni administrasiyasına qarşı heç bir düşmənçilik hərəkəti etməmək öhdəliyi götürüblər”.

Oxşar xəbərlər

Suriyada PKK-nın qondarma liderlərindən biri zərərsizləşdirilib
Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə görüşəcəyinə ümid edir
Türkiyə XİN: Suriyada azlıqlara zülm olarsa, Ankara lazımi addımlar atacaq
Qarabağ Universitetində mina və partlayıcı sursatlarla bağlı maarifləndirici görüş keçirilib
MİT qırmızı bülletenlə axtarılan PKK/YPG rəhbərlərindən birini Suriyada məhv edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər