Mütəxəssislər Cənubi Koreyada qəzaya düşən təyyarənin qara qutusundan məlumat çıxarıblar
Mütəxəssislər dekabrın 29-da Muan hava limanında qəzaya uğrayan Jeju Air təyyarəsinin qara qutusundan səs yazıcısına dair məlumatları çıxarıb və audiofayllara çevirirlər.
APA xəbər verir ki, bu barədə Cənubi Koreya Nəqliyyat Nazirliyinin mülki aviasiya departamentinin direktoru Çju Çenq Vanq brifinqdə danışıb.
“Səs yazıcısından məlumatların çıxarılması tamamlandı. Bu gün onların səs fayllarına çevrilməsi istiqamətində işlərə başlanılıb” – o deyib. Cənubi Koreya rəsmisi əlavə edib ki, işlər mümkün qədər tez aparılacaq.
Qeyd edək ki, ötən il dekabrın 29-da Boeing 737-800 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 181 nəfərdən 179-u həlak olub . Bu, Koreya Respublikasında ən dəhşətli hava qəzası hesab edilir.
Oxşar xəbərlər
ABŞ və “Boeing” Cənubi Koreyaya Muandakı aviaqəzanın araşdırılmasında kömək edəcək
Cənubi Koreyada bütün “Boeing 737-800”lər yoxlanılacaq
Cənubi Koreyada təyyarə qəzasında 176 nəfərin öldüyü təsdiqləndi
Cənubi Koreya Ordusu təyyarə qəzasından sonra aviasiyanı yoxlamağa başlayıb
Cənubi Koreyada bir həftəlik matəm elan edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













